Yerin daxilində temperatur yüksək olduğu üçün süxurlar
əriyib bir-birinə qarışır və maqma əmələ gətirir. Yerin daxili
qatlarından yüksək təzyiq ilə odlu maqmanın Yer səthinə çıxması prosesinə
vulkanizm deyilir. Çıxan püskürmə materialları soyuyaraq kəsilmiş konus
formasında təpələr əmələ gətirir ki, buna da vulkan deyilir. Vulkan Yerin
daxilində baş verən dəyişikliklər
nəticəsində maqmanın xaric olması ilə müşahidə olunan geoloji
strukturdur Vulkanları öyrənən elm vulkanologiya adlanır. Maqma Yer səthinə
vulkan boğazı və ya vulkan kanalı vasitəsi ilə püskürür. Vulkanın səthdə
püskürdüyü yerdə əmələ gələn qıfvari çökəklik krater adlanır. Vulkanlar çox
güclü olduqda onların kraterləri kiçik olur və yaxud heç olmur. Diametri 1500
metrdən artıq olan krater kaldera adlanır. Ən böyük kaldera Yaponiyadakı
Aso, Flippindəki Apo vulkanlarının kalderasıdır. Yer səthinə çıxan qazları
uçmuş, soyumuş maqma – lava, vulkan boğazında bərkimiş lava isə nekk adlanır.
Başqa sözlə desək, müəyyən vaxtdan sonra eroziya və denudasiya nəticəsində
vulkanik dağ aşınır və vulkan boğazında soyumuş lava qayalı təpə əmələ gətirir
ki, buna da nekk deyilir. Məsələn, Qazax rayonundakı Göyəzən dağı. Vulkan
püskürən zaman odlu maqmanın temperaturu 850º – 1250ºC arasında olur.
|