Главная » Файлы » Мои файлы

VULKAN..
04/04/2013, 21:05:53

Yerin daxilində temperatur yüksək olduğu üçün süxurlar əriyib bir-birinə qarışır və maqma əmələ gətirir. Yerin daxili qatlarından yüksək təzyiq ilə odlu maqmanın Yer səthinə çıxması prosesinə vulkanizm deyilir. Çıxan püskürmə materialları soyuyaraq kəsilmiş konus formasında təpələr əmələ gətirir ki, buna da vulkan deyilir. Vulkan Yerin daxilində baş verən dəyişikliklər  nəticəsində maqmanın xaric olması ilə müşahidə olunan geoloji strukturdur Vulkanları öyrənən elm vulkanologiya adlanır. Maqma Yer səthinə vulkan boğazı və ya vulkan kanalı vasitəsi ilə püskürür. Vulkanın səthdə püskürdüyü yerdə əmələ gələn qıfvari çökəklik krater adlanır. Vulkanlar çox güclü olduqda onların kraterləri kiçik olur və yaxud heç olmur. Diametri 1500 metrdən artıq olan krater kaldera adlanır. Ən böyük kaldera Yaponiyadakı Aso, Flippindəki Apo vulkanlarının kalderasıdır. Yer səthinə çıxan qazları uçmuş, soyumuş maqma – lava, vulkan boğazında bərkimiş lava isə nekk adlanır. Başqa sözlə desək, müəyyən vaxtdan sonra eroziya və denudasiya nəticəsində vulkanik dağ aşınır və vulkan boğazında soyumuş lava qayalı təpə əmələ gətirir ki, buna da nekk deyilir. Məsələn, Qazax rayonundakı Göyəzən dağı. Vulkan püskürən zaman odlu maqmanın temperaturu 850º – 1250ºC arasında olur.

Категория: Мои файлы | Добавил: Ibis
Просмотров: 349 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: